21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Vüqar Bayramov: "Göründüyü kimi, gələn il xarici faktorlar məzənnə siyasətinin həyata keçirilməsində heç də az əhəmiyyətli olmayacaq"
"ABŞ Federal Ehtiyatlar Sistemi (FED) yenidən uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etdi. Uçot stavkası 4.4 faiz müəyyənləşdirilən Birləşmiş Ştatlarda 2007-ci ildən sonra ən yüksək dərəcə tətbiq olunur. 2022-ci ildə dollar 6 səbət valyutaya nisbətən kəskin möhkəmlənsə də son qərardan sonra birjalara ciddi dalğalanma müşahidə olunmur. İllik artımlardan sonra praktik olaraq qlobal valyuta bazarı bu addımlara hazır idi". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov qeyd edib.
"Azərbaycanda da dollar bahalaşa bilərmi?" sualını cavablandıran millət vəkilinin sözlərinə görə, Mərkəzi Bank ilin sonunadək manata təhdidlərin olmadığını bildirib: "2022-ci il artıq başa çatmaqdadır. Mərkəzi Bankın 2023-cü il üçün pul-kredit siyasətininin ümumi istiqamətlərində baş bank maliyyə stabilliyini qoruyub saxlamağa çalışacağını bəyan edib. Bununla yanaşı, Mərkəzi Bankda gələn il manata təsir edən faktorların da nəzərə alınacağı gizlədilmir. Göründüyü kimi, gələn il xarici faktorlar məzənnə siyasətinin həyata keçirilməsində heç də az əhəmiyyətli olmayacaq. Amma Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla daha uzun müddətli dövr üçün rəsmi proqnozların elan edilməsi məqsədəuyğun olardı. Bu milli valyutada yığımlar və uzun müddətli sərmayə qoyluşları, xüsusən də yerli investisiya baxımdan da vacibdir. Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir".
CESD sədri əlavə edib ki, Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir: "Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. Bütün bunlar ilə yanaşı, xatırlatmaq lazımdır ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az