21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Bu ayın əvvəlində Naxçıvan şəhərində "NAXPROPERTY-1" MMC və "NAXPROPERTY-2" MMC adlı daha 2 şirkət dövlət qeydiyyatına alınıb.Sozcu.info xəbər verir ki, nizamnamə kapitalı 102 000 manat olan "NAXPROPERTY-1" MMC Naxçıvan şəhəri Heydər Əliyev, ev 19, m. 32 ünvanında, nizamnamə kapitalı 107 100 manat olan "NAXPROPERTY-2" MMC isə Naxçıvan şəhəri Heydər Əliyev, ev 19, m. 29 ünvanında yerləşir. Hər iki MMC-nin qanuni təmsilçisi Heydər Məhərrəmov Namaz oğludur.Qeyd edək ki, son zamanlar Naxçıvanda "NAXPROPERTY” adı ilə bir neçə şirkət dövlət qeydiyyatına alınıb. Eyni zamanda bu şirkətlərlə bağlılığı olan “MEST” adlı çoxsaylı şirkətlər də yaradılıb.Onu da bildirək ki, bu şirkətlərin vaxtı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”ə bağlılığı da var.Məsələn, yeni yaranan “MEST-1” və “MEST-3” MMC-lərin qanuni təmsilçisi olan Tarverdiyev Şakir Nazim oğlu eyni zamanda “Gəmiqaya Turizm” MMC-nin qanuni təmsilçisidir.Onu da qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdir mətbuata bu şirkətlərin Vasif Talıbovun ailə üzvlərinə məxsus olması barədə məlumatlar yayılır və bu günə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü “Gəmiqaya Holdinq”in rəhbəri kimi qeyd edib.Onu da bildirək ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətində Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır.“Gəmiqaya” adı ilə fəaliyyət göstərən şirkətlərdən birinə – “Gəmiqaya-XXI” firmasına (VÖEN-0200013971) isə hazırda AMEA-nın prezidenti, 2 saylı Şərur seçki dairəsindən millət vəkili seçilən İsa Həbibəylinin qardaşı Yaqub Həbibbəyli rəhbərlik edir.“Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin də sədri olub.Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.