Dünən, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Türkiyə Mərkəzi Bankı uçot faiz qərarını açıqlayıb.
Qurumun Pul Siyasəti Komitəsi faiz dərəcəsini keçən ay olduğu kimi bu ay da 5 baza bəndi artıraraq 30%-dən 35%-ə qaldırıb.
Türkiyə milli bankı Hafize Gaye Erkanın sədrliyi ilə ardıcıl 5-ci dəfə faiz artımına gedib.
Qeyd edək ki, cari ilin iyun ayında Hafize Gaye Erkan vəzifəyə gəldiyi zaman faiz dərəcəsi 6,5 bənd artırılaraq 8,5%-dən 15%-ə qaldırılmışdı.
İyulda faiz dərəcəsi 2,5 baza bəndi artırılaraq 17,5%-ə, avqustda 7,5 bənd artırılaraq 25%-ə, sentyabrda isə 5 bənd artırılaraq 30%-ə yüksəldilib.
Oktyabr ayında 5 baza bəndi artımla, 5 aylıq dövrdə faiz dərəcəsi 26,5 baza bəndi artırılıb.//Ölkə.az