Gürcü nazir istefa verdi

Gürcüstanın Baş nazirinin müavini və maliyyə naziri İvane Maçavariani istefa verib.
Sozcu.info xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.
“Sizə Baş nazirin müavini və maliyyə naziri postlarımı tərk etməyim haqda məlumat vermək istəyirəm. İstefamla bağlı hələ ötən ilin sonundan qərara gəlmişəm. Ancaq 2021-ci ilin böhran büdcəsinin qəbulunu, BVF ilə proqramın tamamlanması ilə bağlı vacib danışıqları gözlədiyimdən bu qərarımı bir neçə ay təxirə salmışdım”, - deyə Maçavariani bildirib.
Qeyd edək ki, İvane Maçavariani 2018-ci ildə Gürcüstanın maliyyə naziri, 20201-ci ilin fevralında isə Baş nazirin müavini təyin olunub.


Oxşar Xəbərlər

Xəbər lenti