Gürcüstanın baş naziri istefa verə bilər

 

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili yaxın zamanlarda öz vəzifəsini tərk edə bilər. Bu barədə yerli "Rustavi 2” telekanalı ölkə rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbə iddia edir ki, baş nazirlə birlikdə Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya və maliyyə naziri Mamuka Baxtadze vəzifələri ilə vidalaşacaqlar.

Bildirildiyinə görə, istefa mövzusu Kvirikaşvilinin Rusiya rəhbərliyinə açıq məktubla müraciət edərək, iki ölkə arasında münasibətləri qaydasına salmaq barədə təklif irəli sürdükdən sonra aktuallaşıb.



Oxşar Xəbərlər

Xəbər lenti