İranda su qıtlığına görə etiraz aksiyası - Ölən var

İranın Xuzistan əyalətindəki quraqlıq səbəbindən yaranan susuzluğa görə keçirilən etiraz aksiyaları nəticəsində bir nəfər ölüb.
“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə Xuzistan əyaləti valisinin səlahiyyətlərini icra edən Ümid Səbripur bildirib.
Onun sözlərinə görə, nümayişi dağıtmaq üçün açılan atəş təsadüfən həmin şəxsə dəyərək öldürüb.
Müşahidəçilər bildiriblər ki, etiraz aksiyası dağıdılan zaman döyüş gülləsindən istifadə edilib.


Oxşar Xəbərlər

Xəbər lenti