Qarabağda ölən 50 erməni hərbçinin qalıqları Niderlana göndərildi

Müharibə zamanı Qarabağda ölən 50 erməni hərbçinin qalıqları Niderlanda göndərilib.
Sozcu.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Anait Avanesyan bildirib.
Tanınmaz hala düşən cəsəd qalıqlarının Niderlanda onların kimliyini müəyyən etmək üçün göndərildiyi açıqlanıb.
“Təəssüf ki, bəzi mürəkkəb nümunələri identifikasiya edə bilmədik. Niderlandlı partnyorlarımızla müqavilə imzaladıq. Ölən şəxslərin şəxsiyyətinin tezliklə müəyyən olunacağını düşünmürəm. Nəticə əldə edən kimi məlumat verəcəyik”- açıqlamada deyilir. (modern.az)


Oxşar Xəbərlər

Xəbər lenti