İranda koronavirusdan 610 nəfər öldü

İranda son gündə koronavirusdan 610 nəfər ölüb.
Sozcu.info IRNA-ya istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi açıqlama yayıb.
COVID-19-dan ölənlərin ümumi sayı 102.648-ə çatıb.
Yerli hicri təqvimlə ötən ay virusdan 13.975 adam vəfat edib. 
Ölkədə son 24 saatda 38.657 yeni yoluxma qeydə alınıb, onlardan 5.108-i xəstəxanaya yerləşdirilib.
İslam Respublikasında pandemiya başlayandan bəri COVID-19 xəstələrinin ümumi sayı 4 milyon 715 min 771 nəfərə çatıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}