Rusiyada koronavirusun dördüncü dalğası ilə bağlı XƏBƏRDARLIQ

Rusiyada koronavirusun dördüncü dalğası sentyabrın sonunda başlaya bilər.
Bu sözləri rusiyalı immunoloq, fəlsəfə doktoru Nikolay Kryuçkov deyib.
Onun sözlərinə görə, sentyabr ayının sonunda yoluxma sayında nəzərəçarpacaq dərəcədə artım baş verə bilər.
“Təəssüf ki, bütün göstəricilərə görə artım başlamalıdır”, - deyə mütəxəssis qeyd edib.
O vurğulayıb ki, xəstəlik artımı böyük şəhərlərdən başlayacaq. Oktyabrın əvvəlində isə yoluxmada yüksək artım qeydə alınacaq və ölüm nisbəti də artacaq.


Oxşar Xəbərlər

Xəbər lenti