“Yoluxanların 80%-dən çoxunda “Delta“ ştamı aşkarlanıb“ - Direktor müavini

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının 80%-dən çoxu "Delta" ştamıdır.
Sozcu.info xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkləzinin direktor müavini Paata İmnadze deyib.
Onun sözlərinə görə, ölkədə "Delta" ştamına yoluxma üzrə Tbilisi və Batumi şəhərləri liderdir.
Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusun dördüncü dalğası pik həddə çatıb. Epidemioloji vəziyyətin kəskinləşməsinin 2-3 həftə davam edəcəyi proqnozlaşdırılır.


Oxşar Xəbərlər

Xəbər lenti