Hikmət Hacıyev Gürcüstandan olan bir qrup jurnalist, bloqer və alimlərlə görüşüb - FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gürcüstandan olan bir qrup jurnalist, bloqqer və alimlərlə görüşüb.
Bu barədə o, özünün “Twitter” hesabında məlumat verib.
“Qonşu Gürcüstandan olan jurnalist, bloqqer və alimləri salamlamaqdan məmnunam. Geniş miqyaslı regional mövzularda dostcasına ətraflı fikir mübadiləsi apardıq. Gürcü dostlar Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgələrini, xüsusilə Şuşa və Ağdamı da ziyarət edəcəklər”, - deyə Prezidentin köməkçisi qeyd edib.


Oxşar Xəbərlər

Xəbər lenti