Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Cia.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.bu barədə məlumatı İran səfiri öz Tvitter hesabında yayımlayıb.
“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdüyüm üçün məmnunam. Onunla ikitərəfli əlaqələrimizin son vəziyyətini və ümumi narahatlıq doğuran məsələləri müzakirə etdik”, - səfir yazıb.
 
H.Hacıyev də onun postunu paylaşaraq, görüşdən məmnunluğunu qeyd edib:
“Bizi ziyarət etdiyiniz üçün təşəkkürlər. Gündəliyimizdəki məsələlər üzrə səmərəli müzakirələr apardıq və həll yollarını nəzərdən keçirdik”.
 
 



Oxşar Xəbərlər

Xəbər lenti