Gürcüstanda MSK nəticələri açıqladı, iclasda qalmaqal yarandı
Gürcüstanda hansı partiyanın hakimiyyətdə olacağı bəyan edildi
Naxçıvan MSK-nın yeni tərkibi təsdiqləndi
Gürcüstanda MSK sədrinin üstünə qara boya atıblar
Dövlət Xidmətinin bu idarə və şöbəsində pozuntular aşkarlandı
Kamran Əliyev Rusiyanın baş prokuroru ilə görüşdü
Baş nazirdən Füzuli ilə bağlı -
QƏRAR
Mayk Tayson -
Ceyk Pol döyüşünün qalibi bəlli oldu
Azərbaycanda bu torpaqlar satışa çıxarılır
Rusiyada güclü zəlzələ oldu
Direktor müavini işdən çıxarıldı
Prezident sərəncam imzaladı:
SABAH-ın əhatə dairəsi genişləndiriləcək
Əvvəlki
Sonrakı
İlham Əliyevdən Şuşa ilə bağlı paylaşım -
VİDEO
8-11-2024, 10:40
Gürcüstanda bəzi məntəqələrdə seçkilərin nəticələri ləğv edilib
5-11-2024, 21:00
Hizbullahın yeni lideri ilk müraciətini yaydı
- Mübarizə sözü verdi
30-10-2024, 18:46
"Türkiyə terror hücumlarının hansı məqsədlə həyata keçirildiyini bilir"
- Ərdoğan
25-10-2024, 19:08
Putin Kiyevin Ərdoğanın sülh danışıqları təklifindən imtina etdiyini açıqlayıb
24-10-2024, 21:29
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
O, HƏLƏ SON SÖZÜNÜ DEMƏYİB!... -
Saakaşvili Gürcüstan üçün kimdir?
Oktyabrın 1-də gözlənilmədən Gürcüstanda peyda olan və bir neçə gün bütün ölkəni gəzib dolaşandan sonra Tbilisidə həbs olunan sabiq Prezident Mixeil Saakaşvili həbsxanaya girər-girməz aclıq aksiyasına başlayıb. Gürcü mətbuatının yazdığına görə, o, hazırda da aclığı davam etdirir.
Lakin bu, sadəcə fiziki aclıq deyil. Əslində, bu adam Gürcüstanda hakimiyyəti sivil yolla təhvil verdiyi gündən bəri "acdır" –
mübarizə, savaşmaq, qurub-yaratmaq, nəyəsə nail olmaq, ölkənin itirdiklərini qaytarmaq, ideya, layihə gerçəkləşdirmək
, eyni zamanda da qalmaqal, bəzən avantüra həddinə çatan qərarlar, bəyanatlar vermək "acıdır".
Adam sanki bir yerdə dura bilmir, enerjisi, həvəsi, xarizması buna imkan vermir. Buna görə Ukraynada da dinclik tapa bilmədi.
Gah oliqarxlarla, gah erməni Avakovla, gah Poroşenko ilə savaşdı. Zelenskinin vaxtında ona daha komfortlu şərait yaradılsa da, “Mişa” yenə özünə yer tapa bilmədi
. Çünki təyin edildiyi vəzifəsi onun çapına, planlarına, hədəflərinə cavab vermirdi. Və bir də özünü hamıdan yaxşı tanıdığı üçün bilirdi ki, hara da getsə, mütləq ələ düşən ən birinci fürsətdə Gürcüstana qayıdacaq...
Gürcüstandakı hakimiyyət Belarusdakı, yaxud Rusiyadakı rejimlər qədər amansız olmasa da, xüsusilə sərhədi qanunsuz keçərək ölkəyə gəlmək Saakaşvilinin öz həyatını, ən yaxşı halda isə azadlığını riskə atması demək idi. Etiraf edək ki, postsovet məkanında hər siyasətçi bu addımı atacaq cəsarətə malik deyil...
Görünür, nəyəsə arxayın və daxilən öz günahsızlığına, Gürcüstana xəyanət etmədiyinə əmin idi. Hətta mövcud hakimiyyət onu bir neçə yarısaxta cinayət işləri üzrə ittiham etsə də, onların arasında heç bir ciddi, böyük korrupsiya əməlini əks etdirən iş yoxdur.
Bunun özü Saakaşvilinin korrupsioner olmadığının və Gürcüstanda korrupsiya bəlasının kökünün kəsilməsi üçün böyük xidmətlər göstərdiyinin İvanişvili hakimiyyəti tərəfindən məcburən etiraf edilməsidir.
Saakaşvili öz hakimiyyəti dövründə, daha əvvəl Gürcüstandan qoparılan Abxaziyanın tam yaxınlığında Lazika adlı böyük, müasir liman şəhəri tikərək, onu nümunəvi vəziyyətə gətirməyi planlaşdırmışdı.
Bu layihədə məqsəd təkcə iqtisadi gəlirlər, yeni iş yerləri əldə etmək yox, həm də aclıqdan, işsizlikdən əziyyət çəkən Abxaziya əhalisinə Gürcüstanın necə inkişaf etmiş, cəlbedici ölkə olduğunu göstərmək idi. Yəni həm iqtisadi, həm də siyasi məqsəd güdülürdü.
Ancaq bu layihəni gerçəkləşdirmək Saakaşvilinin hakimiyyətdən getməsi səbəbilə mümkün olmadı. Yeni hökumət isə belə layihələri yerinə yetirəcək düşüncəyə, çapa və mərama malik olmadığını göstərdi...
Bəs, gürcülər Saakaşviliyə xəyanətmi etdilər? O, həmvətənlərindən incikdirmi?
Çətin cavab veriləcək suallardır, lakin sabiq Prezidentin davranışları və açıqlamalarından nə inciklik, nə də narazılıq sezilir. Əksinə, adam yenə vətəninə, millətinə, dövlətinə sevgi ilə dolub daşır kimi görünür. Batumidən paylaşdığı ilk kadrlarda uşaq kimi sevinirdi, hətta həbs edilib məhbəsə aparılanda da həmin sevinc üzündə görünürdü...
Düzdür, Saakaşvilinin Gürcüstandakı reytinqi
30 faiz
civarındadır və bu, onun istədiyi nəticələri hələ ki, əldə etməsinə imkan vermir. Əslində, bu göstəriciyə görə gürcüləri heç qınamalı da deyil. Çünki zamanında Saakaşvili rüşvəti, korrupsiyanı yığışdırsa da, əhalinin sosial rifahının lazımi səviyyəyə yüksəldilməsinə nail ola bilmədi.
Təbii ki, bunun obyektiv səbəbləri də vardı. Ancaq reallıq bu idi ki, onun tikib-yaratdığı şəhərlərdəki parklar, müasir istirahət zonaları, turizm obyektləri və s. sadə gürcünün cibinə uyğun deyildi və heç indi də uyğun deyil.
Onun dövründə daxili işlər naziri olmuş
Vano Merabişvili
isə hər nə qədər polisdəki korrupsiyanı yığışdırsa, Gürcüstanda hər zaman yüksək olan cinayətkarlığa, kriminala ağır zərbə vursa da, eyni zamanda müxalif düşərgəyə, azad sözə, bəzən isə narazılığını bildirmək istəyən “qara camaata” qarşı qəddarlığı ilə seçildi. Nəticədə yeni layihələr, ideyalar, daha qlobal nailiyyətlər üçün çalışan və bu “xırdalıqlara” fikir verməyən Saakaşvili ilə əhali arasında məsafə, deməli həm də ondan narazılıqlar artmağa başladı.
Elə hazırda da vəziyyəti onun üçün çətinləşdirən həm də odur ki, Gürcüstanda ona münasibətdə neytral elektorat demək olar ki, yoxdur – onu ya sevirlər, ya da sevmirlər.
Bu isə “Mişa”nın öz elektoratını artırmaq, 30 faizi 50 faizə və daha yüksək göstəricilərə çatdırmaq imkanlarını xeyli zəiflədir.
Bəs, Saakaşvilinin dönüşü onun özünə, partiyasına və nəhayət, Gürcüstana nə verdi? Sözsüz ki, bu, Gürcüstan hakimiyyəti üçün demokratiya və qanunun aliliyi ilə yanaşı, hökumətin özünün dayanıqlığı üçün də ciddi bir sınaq oldu. Bu sınaqdan da hakimiyyətin qalib çıxdığını söyləmək olduqca çətindir. İvanişvili hakimiyyətinə ümumiyyətlə belə bir sınaq qətiyyən lazım deyildi.
Çünki Saakaşvilinin Gürcüstanda istənilən formada varlığı onlar üçün böyük problem və başağrısıdır. Onun qəfil dönüşünə çaş-baş qalan hökumətin başını itirməsi də hakimiyyətin xeyrinə işləməyən ciddi məqamdır. Hakimiyyət gah dedi ki, Saakaşvili Gürcüstana gəlməyib, gah dedi ümumiyyətlə, Ukraynanı tərk etməyib, həbs olunandan sonra isə bəyan etdi ki, onun bu günlər ərzində bütün hərəkətləri guya ölkənin hüquq-mühafizə orqanları tərəfindən izlənilib. Və bununla da özünü gülünc vəziyyətdə qoydu.
Bunun özü hökumətin və onun hüquq-mühafizə, xüsusi xidmət orqanlarının nüfuzuna ciddi zərbə vurdu və haqlı olaraq təkcə müxalifət yox, hakimiyyət tərəfdarları da hökuməti bacarıqsızlıqda və yalançılıqda günahlandırdı. Gürcü mətbuatı, telekanalları bütün bu qalmaqallardan sonra hökumət başçısının dəyişdiriləcəyinə dair məlumat yayır. Məlumatda Baş nazir İrakli Qaribaşvilinin vəzifəsindən istefa verəcəyi, onun yerinə nazirlərdən birinin təyin olunacağı bildirilir.
Qeyd olunur ki, hakim “Gürcü Arzusu” Partiyasında oktyabrın 2-də baş tutmuş yerli seçkilərdə regionlarda əldə olunmuş uğursuz nəticələrdən narazılıq yaranıb və buna beynəlxalq qalmaqal da əlavə olunub. Təbii ki, bütün bunlara Saakaşvilinin dönüşü səbəb olub.
Onu da xüsusi qeyd etmək lazımdır ki, seçkinin nəticələri heç də İvanişvili hakimiyyətini qane etməyib. Ən azından ona görə ki, ölkənin böyük şəhərlərinə mer seçkiləri hakim partiyanın tam qələbəsilə yekunlaşmayıb və bu şəhərlərdə ikinci tur təyin olunub. Hazırda Saakaşvilinin partiyasının başçılıq etdiyi müxalif qüvvələr ciddi şəkildə həmin seçkilərə hazırlaşır.
Nəhayət, hər şeyə rəğmən, Saakaşvili müasir Gürcüstanın qurucusudur – bütün üstünlükləri, nailiyyətləri və çatışmazlıqları ilə birgə. Onun həbsi isə daha çox siyasi aksiyadır. Bunları hər nə qədər hazırkı hakimiyyət görməzdən gəlməyə çalışsa da, cəmiyyət, xalq hər şeyi görür.
Və hakimiyyət onu da yaxşı bilir ki, hətta dörd divar arasında belə Saakaşvilini çox saxlaya bilməyəcək. Bilir ki, onun enerjisi, iddiası, nüfuzu, eləcə də bağlı olduğu dairələr, həmçinin daxildə rəhbərlik etdiyi qüvvələr hər hansı yolla -
daxili, yaxud xarici təzyiqlə onu həbsdən çıxaracaq. Və bilir ki, Saakaşvili hələ son sözünü deməyib...
Oxşar Xəbərlər
Saakaşvili aclıq aksiyasını davam etdirir
"Saakaşvili Gürcüstanda deyil, video Batumidə çəkilməyib" - “Gürcü Arzusu”
Navalnı həbsxanada aclıq aksiyasına başladı
İrakli Qaribaşvili: “
Xəbər lenti
Leysan, şaxta, qar... -
Sabahın havası
Gürcüstanda MSK nəticələri açıqladı, iclasda qalmaqal yarandı
Gürcüstanda hansı partiyanın hakimiyyətdə olacağı bəyan edildi
Azərbaycanda orta aylıq əmək haqqı artdı
Naxçıvan MSK-nın yeni tərkibi təsdiqləndi
Gürcüstanda MSK sədrinin üstünə qara boya atıblar
Dövlət Xidmətinin bu idarə və şöbəsində pozuntular aşkarlandı
Kamran Əliyev Rusiyanın baş prokuroru ilə görüşdü
Baş nazirdən Füzuli ilə bağlı -
QƏRAR
Mayk Tayson -
Ceyk Pol döyüşünün qalibi bəlli oldu
Azərbaycanda bu torpaqlar satışa çıxarılır
Rusiyada güclü zəlzələ oldu
Direktor müavini işdən çıxarıldı
Hövsana bu gün su verilməyəcək –
RƏSMİ
Qəzadan canını qurtarmaq istədi -
Başqa maşın üstündən keçdi
Prezident sərəncam imzaladı:
SABAH-ın əhatə dairəsi genişləndiriləcək
"Kartdan-karta" ilə işləyən daha 170 sahibkar cərimələndi
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb
Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib
Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
İlin sonuna kimi sülh müqaviləsi imzalanacaq? -
RƏSMİ
Könül Xasıyevaya toyda verilən pullar saxta çıxıb
Əhaliyə XƏBƏRDARLIQ! -
Bu gün...
Əli Əsədov BMT rəsmisi ilə görüşdü
Azərbaycanla Ermənistan arasında kommunikasiyalar açılır? -
Ceyhun Bayramov
AYNA-dan taksi sifarişi operatorlarına ciddi xəbərdarlıq
Hərbi hissənin qulluqçuları Müdafiə Nazirliyindən
ŞİKAYƏTÇİDİR
Bu şəxslər 6 min manat CƏRİMƏLƏNƏCƏK
İlham Əliyev Mahmud Abbasa təbrik məktubu göndərdi
"Barselona"nın prezidenti Bakıya gəlir
Bakıda dəhşətli qətl törətməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
Bu gündən istilik sisteminin verilməsinə başlanılır
Pomidor turşusundan zəhərlənib öldü -
VİDEO
Dağlıq rayonlarda 5 dərəcə şaxta olub
Minimum əməkhaqqı və pensiyalar nə qədər artırılacaq? –
MƏBLƏĞ AÇIQLANDI
Norveç təyyarəsi Bakıya təcili eniş etdi
Bu şənbə tam iş günü olacaq
Gömrükdəki İDXAL MONOPOLİYASI... -
BELƏ DAVAM EDƏRSƏ...
İlin sonunda əfv ola bilər: Azərbaycan yanvarda AŞ PA-ya qayıdır? -
DİPLOMATİK DANIŞIQLAR BAŞLANIB
Ərdoğan:
"Azərbaycanla gömrük rüsumları ARTIRILMAYACAQ"
Deputat: Bu gün Azərbaycan dünyanın mühüm qlobal probleminin müzakirə olunduğu məkandır
Ağadadaş Ağayevin həbsi istənildi -
VİDEO
"Bir ailədən 3 qadını öldürmüşdü, kişini isə... -
FOTO
Maaş və pensiyalarla bağlı ƏHALİYƏ ŞAD XƏBƏR -
YENİ AÇIQLAMA
Zaqatalada 11 günə 4 azyaşlı xəstəxanada vəfat etdi –
Səbəb nədir?
Estetik əməliyyat edənlər DİQQƏT:
Şəxsiyyət vəsiqəsində problem ola bilər
“Bu şəxslər aliment ödəməyə bilərlər” –
AÇIQLAMA
Sabah bəzi yerlərdə çiskinli yağış yağacaq -
PROQNOZ
PRİZMA
Reklamın ümumi tələbləri hüquqi müstəvidə
-Aysu Nəbizadə yazır
MÜSAHİBƏ
1
2
3
4
5
6
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏCİLİ! Bakıda keçmiş məhkum üç polisi və bir mülki vətəndaşı öldürdü -
Rəsmi xəbər
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibə
TƏHLİL
AVROPA MƏHKƏMƏSİ ELDAR HƏSƏNOVLA BAĞLI QƏRARINI ELAN ETDİ
- Hansı qənaətə gəliinib?
SOSİAL
1
2
3
4
5
6
Leysan, şaxta, qar... -
Sabahın havası
Azərbaycanda orta aylıq əmək haqqı artdı
Hövsana bu gün su verilməyəcək –
RƏSMİ
Könül Xasıyevaya toyda verilən pullar saxta çıxıb
Əhaliyə XƏBƏRDARLIQ! -
Bu gün...
AYNA-dan taksi sifarişi operatorlarına ciddi xəbərdarlıq