İranın təhdidlərinə cavab gecikmədi: “F-15”lər havaya qaldırıldı - GƏRGİNLİK BÖYÜYÜR

Səudiyyə Ərəbistanı Qırmızı dənizdə ABŞ-la 10 günlük hərbi təlimlərə başlayıb.
Sozcu.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA məlumat yayıb.
Məlumata görə, ABŞ və Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələri arasındakı ikinci “Mavi Qvardiya 21” dəniz təlimləri dünən başlayıb.
Əlaqələrin və hərbi əməkdaşlığın gücləndirilməsi və müharibəyə hazırlıq səviyyəsinin artırılması məqsədi ilə həyata keçirilən təlimin 10 gün davam edəcəyi deyilib.
Təlimin Qırmızı dənizdə regional və beynəlxalq su yollarının qorunmasını və təhlükəsizliyini təmin etməyə töhfə vermək məqsədi daşıdığı bildirilib.
Açıqlamada təlimlərin Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri və bir neçə qardaş və dost ölkənin iştirakı ilə başladığı qeyd edilib. Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin “F-15” təyyarələrinin təlimə qatıldığı açıqlanıb.
Açıqlamada təlimlərə daha hansı ölkələrin qatıldığı barədə ətraflı məlumat verilməyib.
ABŞ mediası birgə təlimlərin İranın son zamanlarda bölgədə artan təhdidlərinə qarşı həmlə olduğu bildirilib.


Oxşar Xəbərlər

Xəbər lenti