İran, Rusiya və Çin hərbçiləri Oman dənizində birləşdilər!

İran, Rusiya və Çin hərbçiləri Oman dənizində birləşdilər!

 

Sozcu.info  xəbər verir ki, İran ilə ABŞ və müttəfiqi Səudiyyə Ərəbistanı arasındakı gərginliyin mərkəzində keçiriləcək ortaq dəniz təlimi 4 gün davam edəcək.

 

İran, Rusiya və Çin donanmaları Oman dənizi ilə Hind okeanının şimalında ortaq hərbi təlim keçməyə başlayıblar.

İranın "Tesnim” agentliyi "Dəniz Təhlükəsizliyi Kəməri” adı verilən təlimlərin 17 min kilometr sahədəki ərazidə keçiriləcəyini bildirib.

 İnqilabdan sonra İran ilk dəfədir ki, Rusiya və Çin ilə bu formatda hərbi təlim keçirir. İran tərəfindən verilən açıqlamada bu əməkdaşlığın gələcəkdə də davam etməsinin planlaşdırıldığı bildirilir: "Bu təlimin mesajı – sülh, dostluq, əməkdaşlıq və kollektiv birliyin kölgəsində daimi təhlükəsizlikdir. İran izolyasiya edilə bilməz və bu da təlimin əsas nailiyyətlərindən olacaqdır”.

Təlimin ABŞ və bölgədəki müttəfiqi Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginliyin mərkəzindəki Oman dənizində keçirilməsi diqqəti cəlb edir.



Oxşar Xəbərlər

Xəbər lenti