Qara dənizdə NATO və Gürcüstanın birgə təlimləri keçirilib

Qara dənizdə NATO və Gürcüstan Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri keçirilib.
Sozcu.info -nun  yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, təlim Türkiyə, İspaniya, Rumıniya və İtaliya hərbi gəmilərindən ibarət “Daimi NATO İkinci Minaəleyhinə Tədbirlər Qrupu 2”nin (SNMCMG2) Gürcüstana səfəri çərçivəsində baş tutub.
Hərbi təlimin məqsədinin Gürcüstan və NATO Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı əməliyyat qabiliyyətini və Gürcüstanın müdafiə imkanlarını gücləndirmək məqsədi daşıdığı bildirilib.





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}