Saakaşviliyə qarşı daha bir ittiham elan olundu

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşviliyə qarşı prokurorluq rəsmi şəkildə yeni ittiham elan edib.
Sozcu.info gürcü mediasına istinadən xəbər verir ki, Saakaşvili bu dəfə dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur. Buna görə cərimə və ya 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 
Qeyd edək ki, oktyabrın 1-dən həbsdə olan Saakaşviliyə qarşı iki cinayət işi üzrə hökm oxunub. O, “Gürcüstan Birləşmiş Bankının” əməkdaşı Sandro Girqvlianinin qətlində və deputat Valeri Gelaşvilinin döyülməsində günahlandırılır. 


Oxşar Xəbərlər

Xəbər lenti