Mixail Saakaşvili: "Mənim həyatım sizə aitdir və inanıram ki, biz qələbəni birlikdə qeyd edəcəyik"

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili cəzaçəkmə müəssisəsindən növbəti məktubunu paylaşıb.
Sozcu.info xəbər verir ki, sabiq prezident tərəfdarlarına müraciət edib.
Prezident 30 oktyabr seçkilərinin əhəmiyyətini vurğulayıb və hər kəsi öz iradəsini ifadə etməyə, seçki məntəqələrini qorumağa çağırıb.
"Əziz Sameqrelo, cəsarətinizə görə sizə necə də minnətdaram, sözlə ifadə etməkdə çətinlik çəkirəm... Sizin birliyinizə baxanda ürəyim qürurla dolur və mənə güc verir...
Əziz Batumi xalqım, böyük sevgi, dəstəyə və həmrəyliyə görə təşəkkür edirəm...
Dəstəyə görə hər kəsə dərin təşəkkürümü bildirmək istəyirəm. Mən sizinlə qələbə üçün buraya qayıtdım və bu gün həbsxana yaxınlığında birliyinizi görəndə yalnız bir şeyi arzulayırdım - tezliklə hamınıza şəxsən təşəkkür etmək istəyirəm.
Oktyabrın 30-da hamımızın seçkiyə getməyimiz, iradəmizi bildirməyimiz, məntəqələri qorumağımız lazımdır. Qələbə çox yaxındır, mənim həyatım sizə aitdir və inanıram ki, biz qələbəni birlikdə qeyd edəcəyik", - Mixail Saakaşvilinin məktubunda deyilir.


Oxşar Xəbərlər

Xəbər lenti