Gürcüstanda koronavirusa yoluxanların 15 faizini yeniyetmə və gənclər təşkil edir

“Gürcüstanda koronavirusa yoluxanların 15 faizini yeniyetmələr və gənclər təşkil edir”.
Sozcu.info xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qakrelidze məlumat verib.
Mərkəz rəhbəri bildirib ki, ölkədə koronavirusa yoluxanların 103 927-si 18 yaşına qədər olan yeniyetmə və gənclərdir. Bu da ümumi yoluxanların təqribən 15 faizini təşkil edir.
Onun sözlərinə görə, yeniyetmə və gənclərin 6 979-u xəstəxanaya yerləşdirilib. Uşaqlardan 9-u pandemiyanın qurbanı olub. Üç körpə uşaq istisna olmaqla bütün digər hallarda ağır genetik xəstəliklər müşahidə olunub.


Oxşar Xəbərlər

Xəbər lenti