Gürcüstanda "Delta" ştammına yoluxanların sayı 80-ə yaxınlaşıb

Gürcüstanda koronavirusun "Delta" ştammına təsdiqlənən yoluxma hallarının sayı 79 təşkil edir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, Gürcüstanda "Delta" ştammının dövriyyə göstəricisi 20 %-dən çoxdur.
A.Qamkrelidze COVID-19-un təhlükəli növünə yoluxma faktlarının tədricən artacağını qeyd edib. “Bu gün Britaniya ştammı ilə yanaşı ölkədə "Delta" ştammı da intensiv dövriyyə edir. Yayılma tədricən artacaq və bunun qarşısını almaq mümkün deyil”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}