Avropa Xalq Partiyası Mixail Saakaşvili ilə bağlı bəyanat yaydı

Avropa Xalq Partiyası Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin mülki xəstəxanaya aparılmasını tələb edir. 
Sozcu.info xəbər verir ki, bu barədə partiyanın “Twitter” səhifəsində qeyd olunub.
"Mixail Saakaşvilinin sağlamlıq vəziyyətinin pisləşməsinə dair yayılan məlumatlardan narahatıq. Biz Gürcüstan hakimiyyətini sabiq prezident Saakaşvilini təcili olaraq müvafiq mülki xəstəxanaya aparmağa çağırırıq; Bunu etməməklə, hakimiyyət onun səhhətinin pisləşməsinə görə məsuliyyət daşıyacaq", - partiyanın bəyanatında deyilir.


Oxşar Xəbərlər

Xəbər lenti