Gürcüstan hakimiyyəti məşhur ukraynalı jurnalisti ölkəyə buraxmadı

Gürcüstan hökuməti Ukraynanın ən populyar və nüfuzlu jurnalistlərindən biri sayılan Dmitri Qordonu ölkəyə buraxmayıb.
Sozcu.info xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Ukraina-24” kanalı məlumat yayıb.
Qeyd etmək lazımdır ki, Dmitri Qordon Gürcüstana təyyarə yoluyla gəlib, lakin onu hava limanından ölkəyə keçməsinə icazə verməyiblər.
“Məni Tiflis hava limanında heç bir əsas göstərmədən fakt qarşısında qoydular”,-deyə Dmitri Qordon söyləyib.
Jurnalistin sözlərinə görə, Gürcüstana səfər etməkdə əsas məqsədi ölkənin hazırda həbsdə saxlanılan keçmiş prezidenti, dostu Mixail Saakaşviliyə baş çəkmək və ondan müsahibə götürmək olub.


Oxşar Xəbərlər

Xəbər lenti