Azərbaycan Gürcüstanla uçuşların bərpasına dair danışıqlar aparır

Azərbaycan və Gürcüstan arasında müntəzəm aviareyslərin bərpası ilə bağlı danışıqlar aparılır.
Sozcu.info- nun Gürcüstan bürosu xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qonşu ölkəyə uçuşları gələn ay bərpa edəcəyi gözlənilir.
Bakı-Tbilisi-Bakı istiqaməti üzrə aviareyslərin həyata keçirilməsinə martın ilk ongünlüyündə başlanılması nəzərdə tutulub.
Xatırladaq ki, Gürcüstan martın 1-dən Azərbaycan üçün hava məkanını açacaq. Həmin tarixdən etibarən Gürcüstana hava yolu ilə səfər edəcək Azərbaycan vətəndaşları PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməklə qonşu ölkəyə daxil ola biləcəklər.


Oxşar Xəbərlər

Xəbər lenti