Erməni deputat açıqladı: 7 kənd Azərbaycana veriləcək

Ermənistanın işğal etdiyi Qazaxın 7 kəndi Azərbaycana qaytarılacaq. 
Sozcu.info xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Anna Kostanyan "Facebook” hesabında yazıb. O qeyd edib ki, hazırda Ermənistan hökumətinin təbliğat maşını əsasən Sünik məsələsi üzərində köklənib:
"Qafan-Gorus yolunda Azərbaycanın gömrük-keçid məntəqəsi quraşdırmasında problem yoxdur. Hər vəchlə çalışırlar ki, Qafan-Gorus yolunun Azərbaycana verildiyi fikrini qəbul etməsinlər. Bütün ideoloji güclərini bu işə sərf edirlər. Əslində isə Ermənistan hökuməti başqa ölkənin ərazisinə girməyib. Lakin bu gün Azərbaycana xərac verməklə məşğuldur”.
Erməni deputatın sözlərinə görə, yaxın zamanlarda Qazaxın 7 kəndinin də Azərbaycana veriləcəyi artıq gizlin deyil. Kostanyan əlavə edib ki, Azərbaycan həmin kəndləri geri aldıqdan sonra orada da gömrük postları quraşdıracq: 
"Bu şəkildə hara kimi gedəcəksən? Sizin məntiqinizlə Tavuşun 7 kəndi də Azərbaycana verilməlidir. Və veriləcək. Orada da Azərbaycan gömrük qoyacaq. O zaman nə edəcəksiz? Rahatlayacaqsız?”
Erməni deputat Qazaxın işğal olunmuş kəndləri ilə bağlı xəritə də yayıb.


Oxşar Xəbərlər

Xəbər lenti