Gürcüstan XİN: “Moskva görüşündə bayrağımızın olması...“

Gürcüstan Xarici İşlər Nazirliyi "3+3" formatı çərçivəsində Moskvada keçirilən ilk görüşdə Gürcüstan bayrağının olmasına münasibət bildirib.
Sozcu.info xəbər verir ki, XİN-in məlumatında deyilir:
"Gürcüstan “3+3” regional formatı ilə bağlı dəqiq mövqeyini dəfələrlə bəyan edib. Gürcüstanın bu formatda iştirakını müzakirə etməyəcəyik. Moskvada dekabrın 10-da keçirilən görüşdə Gürcüstan bayrağı təqdim olunub və bu, əlbəttə, bizim üçün qəbuledilməzdir. Buna diplomatik kanallar vasitəsilə müvafiq təpki vermişik".


Oxşar Xəbərlər

Xəbər lenti