Qaribaşvili Azərbaycan və Ermənistan arasında vasitəçiliyi Qərblə sıx əməkdaşlığın nümunəsi adlandırıb

"Azərbaycan və Ermənistan hökumətləri arasında saxlanılmış ermənilərin və minalanmış ərazilərin xəritələrinin mübadiləsinə dair əldə olunmuş razılaşma Qərblə sıx əməkdaşlığın və regionun geosiyasi proseslərində fəal iştirakımızın bariz nümunəsidir".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 2021-ci il üzrə illik hesabatını təqdim edərkən deyib.
Baş nazir qeyd edib ki, qarşıdakı dövrdə Gürcüstan-Azərbaycan, Gürcüstan-Türkiyə və Gürcüstan-Ermənistan siyasi-iqtisadi əlaqələrinin gücləndirilməsi, mövcud potensialın maksimum istifadəsi və regionda infrastruktur layihələrinin inkişaf etdirilməsi kimi məsələlər Gürcüstan hökumətinin əsasəs fəaliyyət istiqamətlərindən biri olacaq.
O bildirib ki, Gürcüstan beynəlxalq gündəmdə mühüm rol oynamaqda davam edir və müxtəlif sahələrdə strateji tərəfdaşları ilə mövcud əlaqələri daha da intensivləşib.


Oxşar Xəbərlər

Xəbər lenti