Türkiyəyə uçuşları icra edəcək Ermənistan şirkətinin adı açıqlanıb

“Flyone Armenia” 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirəcək ilk Ermənistan aviaşirkəti olacaq. Sozcu.info xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.
"Flyone Armenia” aviaşirkəti bundan əvvəl də İstanbula uçuşlar həyata keçirmək niyyətində olduğunu bəyan edib.
“Ermənistan aviaşirkətləri 2015-ci ildən bəri Türkiyəyə uçuşlar həyata keçirməyib”, - komitənin açıqlamasında qeyd edilib.
Bildirilib ki, “Aviasiya haqqında” qanunda nəzərdə tutulduğu kimi, uçuşların keyfiyyətinə komitə tərəfindən nəzarət ediləcək.
Xatırladaq ki, dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın günlərdə İstanbul-İrəvan reyslərinə başlanacağını açıqlayıb.


Oxşar Xəbərlər

Xəbər lenti