BƏƏ-dən Azərbaycana uçuşlar bərpa olunur


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Air Arabia" büdcə aviaşirkəti Azərbaycana uçuşları bərpa edəcək.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
Uçuşlar iyulun 15-dən etibarən, həftədə iki dəfə (cümə axşamı və bazar günləri) olacaq.
Əbu-Dabidən uçuş 11:50-də baş tutacaq, Bakıya təyyarə 14:55-də çatacaq. Bakıdan 16:15-də çıxan təyyarə isə Əbu-Dabidə 19:15-də eniş edəcək.


Oxşar Xəbərlər

Xəbər lenti