Gürcüstanda daha 78 nəfər koronavirusdan ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 976 yeni yolxuma faktı qeydə alınıb, 3 076 nəfər müalicə olunaraq sağalıb, 78 pasiyent vəfat edib.
Sozcu.info-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 920 617 nəfər yoluxub. Onların 876 254-ü sağalıb, 13 367-si ölüb.


Oxşar Xəbərlər

Xəbər lenti