Bu hərbçilərin pensiya stajı 20 il olacaq


“Hərbi qulluqçuların statusu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda  bir sıra dəyişikliklər müzakirə olunur.

Sozcu.info xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, qanun layihəsində hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 ildən 25 ilə çatdırılması təklif olunur.

Millət vəkili həmçinin qeyd edib ki, dəyişikliklə, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 ili tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər:

"Yəni, əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Bu zaman hərbiçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda da pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bu o deməkdir ki, pensiyaya çıxmağa 3 ili qalan hərbçilərimiz üçün seçim təklif olunur və dəyişikliklər onlara təsir etmir", - deyə V. Bayramov əlavə edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}