Gürcüstanda “omikron”a yoluxanların sayı 50-ni ötüb

Gürcüstanda koronavirusun “omikron” ştamına indiyədək 51 yoluxma halı təsdiqlənib. Sozcu.info-un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze yerli Birinci kanala bildirib.
Onun sözlərinə görə, yoluxanlardan 5-i 18 yaşdan kiçikdir, onlardan biri 3 yaşlı uşaqdır və azyaşlı xəstəliyi simptomsuz keçirir.
Qeyd edək ki, qonşu ölkədə COVID-19-un yeni mutasiyasına ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb.


Oxşar Xəbərlər

Xəbər lenti