Saakaşvilinin tərəfdarları aclıq aksiyasını dayandırıb

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Melia bildirib ki, ölkənin həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin tərəfdarları onun xahişi ilə aclıq aksiyasını dayandırıblar.
Bu barədə sozcu.info “RİA Novosti” xəbər verir.
Melianın sözlərinə görə, Saakaşvilinin vəkili Giorgi Mşvenieradze aclıq edənlərə eks-prezidentin aclığı dayandırmaq xahişini çatdırıb, əks halda o, özü də aclıq aksiyasını bərpa edəcək. Melia qeyd edib ki, Saakaşvilinin aclıq aksiyasına başlaması “ölümcül olacaq”.
O, tərəfdarları ilə birlikdə mübarizənin növbəti mərhələsinə keçmək qərarına gəldiklərini xəbər verib.


Oxşar Xəbərlər

Xəbər lenti