Gürcüstanda “Omikron“a yoluxma sürət yığır

Gürcüstanda koronavirusun yeni "Omikron" ştammı ilə 147 yoluxma halı təsdiqlənib.
Sozcu.info "Sputnik-Qruziya"ya istinadla xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Gürcüstanda ilk də "Omikron" yoluxma ötən il dekabrın 20-də laboratoriyada təsdiqlənib. Hər iki hal xarici yoluxma ilə əlaqədardır. Yoluxmuş biri ABŞ-dan, digəri isə BƏƏ-dən gəlib. 
Gürcüstanda son sutka ərzində 943 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 37 nəfər ölüb.


Oxşar Xəbərlər

Xəbər lenti