Türkiyədə avtobus aşdı: 15 nəfər yaralandı

Türkiyədə növbəti dəfə ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza ölkənin ən iri vilayətlərindən olan Sivas bölgəsində qeydə alınıb.
Sozcu.info "Hürriyet"ə istinadla xəbər verir ki, Sivasın Koyluhisar bölgəsində magistral yolda sürücünün idarəetməni itirməsi nəticəsində içərisi sərnişinlərlə dolu avtobus aşıb.
Hadisə nəticəsində 15 nəfərin yaralanıb. Onlardan 4-nün vəziyyətinin xüsusilə ağır olduğu vurğulanır.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qəza nəticəsində ölkənin həmin istiqamətdəki bir neçə magistral yoluna müvəqqəti məhdudlaşdırılma tətbiq edilib.


Oxşar Xəbərlər

Xəbər lenti