Koreya lideri səfərə şəxsi tualeti ilə çıxır

KXDR lideri Kim Çen In ictimai tualetlərə etibar etmədiyi üçün səfərlərdə şəxsi tualetini özü ilə aparır.
Sozcu.info "The Mirror"a istinadla xəbər verir ki, o hətta avtomobilinə də tualet quraşdırmağı tapşırıb.
Kim Çen In qorxur ki, nəcisini analiz edərək düşmən kəşfiyyatçıları onun səhhətinin vəziyyətini öyrənə bilər.
Şimali Koreya liderinin şəxsi tualetlərinin mühafizə altında olduğu da bildirilir. Onlardan istifadə edən hər kəs ölümə məhkum edilə bilər.
“Kim Çen Inın təkcə şəxsi qatarında deyil, həm də ölkəni gəzdiyi vaqonlarda, hətta dağlıq ərazi və ya qar üçün nəzərdə tutulmuş xüsusi avtomobillərdə də tualetlər var”, - deyə məlumatda bildirilir.
Siyasətçi səhhətinin qayğısına qalıb və hazırda pəhriz saxlayarkən qidalanmasına nəzarət edir. Düzdür, o, spirtli içkidən, İsveçrə pendirindən və omardan imtina edə bilməzdi.


Oxşar Xəbərlər

Xəbər lenti