Gürcü Baş nazir “Omicron“a yoluxdu

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Omicron" ştammına yoluxub.
Sozcu.info xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Onların sözlərinə görə, İrakli Qaribaşvili özünü yaxşı hiss edir və uzaqdan işləməyə davam edir.
“Baş nazir peyvəndin tam kursunu tamamlayıb. Rutin testin bir hissəsi olaraq ona Covid-19 diaqnozu qoyulub", - deyə administrasiyanın açıqlamasında qeyd olunur.
Gürcüstanda koronavirusa yoluxanların təcrid müddəti 8 gündür.
Qaribaşvili əvvəllər də koronavirusa yoluxub. 2021-ci il aprelin 6-da aşkarlanıb və iki həftə sonra, aprelin 20-də baş nazirin sağaldığı elan edilib. Ölkədə artıq peyvənd başlansa da, bu zaman ona koronavirusa qarşı peyvənd vurulmayıb.
Səhiyyə Nazirliyi bunu onunla izah edib ki, o zaman yalnız yüksək risk qrupundan olan şəxslər - tibb müəssisələrinin işçiləri və qocalar peyvənd edilib.


Oxşar Xəbərlər

Xəbər lenti