Bu gün Saakaşvilinin məhkəməsi olacaq

Bu gün Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək.
Sozcu.info  xəbər verir ki, məhkəmə Tbilisi Şəhər Məhkəməsində baş tutacaq.
Keçmiş prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır. Saakaşvilinin bugünkü prosesdə iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə əlaqədar tutulan daha 4 nəfər bu il yanvarın 20-də girov müqabilində azadlığa buraxılıb. 


Oxşar Xəbərlər

Xəbər lenti