Gürcüstan parlamentində Mixeil Saakaşvili ilə bağlı istintaq komissiyası yaradıla bilər

Gürcüstan parlamentində keçmiş prezident Mixieil Saakaşvilinin hüquqlarının mümkün pozulması faktlarının araşdırılması üzrə müvəqqəti istintaq komissiyası yaradıla bilər.
Sozcu.info-nun yerli bürosu xəbər verir ki, müxalif “Vahid Milli Hərəkat - Güc birlikdədir” fraksiyasının müvafiq təşəbbüsünə qanunverici orqanın büro iclasında baxılıb.
Qərara əsasən, məsələ parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, istintaq komissiyasının yaradılması ideyası M.Saakaşviliyə məxsusdur. Sabiq dövlət başçısı iddia edir ki, Rustavi həbsxanasından Tbilisinin türmə xəstəxanasına köçürülmə zamanı hüquqları pozulub, işgəncələrə məruz qalıb və ləyaqəti alçaldılıb.
Xatırladaq ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı saxlanlılan daha 4 nəfər bu ilin yanvarın 20-də girov müqabilində azadlığa buraxılıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır.


Oxşar Xəbərlər

Xəbər lenti