Saakaşvili yenə xahiş etdi: Məni Ukraynaya göndərin!

Mixail Saakaşvili ağır vəziyyət və davam edən hərbi əməliyyatları nəzərə alaraq, Gürcüstan hakimiyyətini onu Ukraynaya köçürməyə çağırıb.
Sozcu.info xəbər verir ki, bununla bağlı Saakaşvili bu gün davam edən məhkəmə iclasında bir daha deyib.
“Artıq bir dəfə Kiyev Gürcüstan hakimiyyətinə müraciət edib. Mən Milli İslahat Şurasının sədriyəm, ofisim birbaşa Zelenskinin ofisi ilə üzbəüzdür. Xüsusilə təhlükəli dövrdə məni orada gözləyirlər. Mən Ukraynada, vətəndaşı olduğum ölkədə və Ali Baş Komandanımın yanında olmalıyam”, - Saakaşvili bildirib.
Saakaşvilinin məhkəmə iclasında iki dəfə səhhəti pisləşib, ona tibbi yardım göstərilib.
Qeyd edək ki, Saakaşvili 24 fevralda keçirilən iclasda da Kiyevə göndərilməsini xahiş etmişdi.


Oxşar Xəbərlər

Xəbər lenti