Mixeil Saakaşvilinin dərhal xəstəxanaya köçürülməsi tələb olunur

Gürcüstan ombudsmanı keçmiş prezident Mixeil Saakaşvilini lazımi tibbi müayinələr üçün dərhal xəstəxanaya köçürülməsinə çağırış edib.
Sozcu.info-nun yerli bürosu xəbər verir ki, bu barədə xalq müdafiəçisinin Xüsusi Penitensiar Xidmətə ünvanladığı məktubda bildirilib.
Müraciətdə qeyd olunub ki, martın 9-da ombudsman aparatının nümayəndələri M.Saakaşvilini ziyarət edib və tibbi heyətlə söhbət aparıblar. Müəyyən olunub ki, keçmiş dövlət başçısı dərhal müvafiq müayinələrdən keçirilməli və ona əlavə tibbi xidmətlərin göstərilməsi zəruridir.
Həkimdən əldə olunan məlumata əsasən, M.Saakaşvilinin sağlamlıq durumu aclıq aksiyasına görə pisləşib, onun bir sıra göstəriciləri və şikayətləri xüsusi diqqət tələb edir. Qeyd edilən müayinələrin aparılması üçün türmədə müvafiq şəraitin olmadığı bildirilib.
Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır. O, 20 gün aclıq edib və ötən gün aksiyanı dayandırıb.


Oxşar Xəbərlər

Xəbər lenti