Zelenski sığınacaq təklifimi rədd etdi” - Britaniya Baş naziri

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın Ukraynaya geniş miqyaslı hücumu başlayarkən bu ölkənin Prezidenti Vladimir Zelenski və ailəsinə Britaniyada sığınacaq təklif edib.
Sozcu.info-nun xəbərinə görə, B. Conson bunu “Sunday Times” nəşrinə müsahibəsində bildirib.
Britaniya Baş naziri V. Zelenskinin sığınacaq təklifini qəbul etmədiyini söyləyib: “Vladimir Zelenski birmənalı bildirdi ki, Ukraynada qalır, onun borcu da həmvətənləri ilə birgə olmaqdır. Mən onunla fəxr edirəm. Vladimir Zelenski bir çox insanlar üçün ilham mənbəyi və qəhrəman bir hərbi liderdir”.



Oxşar Xəbərlər

Xəbər lenti