Tbilisidəki qeyri-adi üsluba malik məşhur “Səhəng”lər auksionda satılıb

Gürcüstan paytaxtı Tbilisinin mərkəzində Kür çayının sahilindəki Rike parkın ərazisində yerləşən “Rikes Dokes” (Səhəglər) nəhayət ki elektron auksion vasitəsilə satılıb.
Sozcu.info xəbər verir ki, 14 min 591 kvadratmetr ərazisi olan bu bina “Global Victory Trust” şirkəti tərəfindən 10 milyon 20 min (təqribən 2,8 milyon dollar) lariyə satılıb.
Auksionun şərtlərinə əsasən, obyektin sahibi 36 ay ərzində həmin ərazidə (tikilidə) şərab, rəqəmsal texnologiyalar, həmçinin sərgi mərkəzi açmalıdır. Bunun üçün isə əraziyə təqribən 20 milyon lari investisiya qoyulmalıdır.
Qeyd edək ki, Tbilisinin mərkəzi Rike parkında yerləşən və qeyri-adi üsluba malik kompleks 570 nəfərlik konsert zalından ibarətdir. Obyekt Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin təşəbbüsü ilə italyan memar Massimiliano Fuksasanın layihəsi əsasında 2012-ci ildə inşa olunub.


Oxşar Xəbərlər

Xəbər lenti