Rus ordusu geri çəkilməyə başlayıb - Ukrayna Baş Qərargahı

Bir aydan artıqdır davam edən müharibədə gözlənilən irəliləyişə nail ola bilməyən Rusiya, qoşunlarının bir hissəsini döyüş bölgəsindən geri çəkib.
Sozcu.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Rusiya iki taktiki hücum bölməsini uzun müddətdir mühasirədə saxladığı Kiyevdən Belarusa göndərib. Digər hissəsini isə Kiyevin şimal-qərbinə və şərqinə doğru geri çəkib.
Məlumata əlavə edilib ki, Donetsk və Luqansk istiqamətlərində Rusiyanın beş hücumunun qarşısı alınıb.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi ötən həftə Ukraynadakı hərbi əməliyyatlarını ölkənin şərqində - Donbas bölgəsində davam etdirəcəyini açıqlamışdı. 


Oxşar Xəbərlər

Xəbər lenti