Gürcüstanın baş naziri ABŞ rəsmiləri ilə regionda gedən prosesləri müzakirə edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan ABŞ senatorları və konqresmenlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Sozcu.info xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.
Bildirilib ki, görüşdə Gürcüstan ilə ABŞ arasında ümumi dəyərlərə və maraqlara əsaslanan güclü strateji tərəfdaşlıq məsələləri diqqət mərkəzində olub. Bundan başqa, regionda və Qara dəniz hövzəsində, eləcə də Ukraynada gedən hərbi əməliyyatlar barəsində fikir mübadiləsi aparılıb.
Cənubi Qafqaz regionunda yaranmış sabitlik xüsusi qeyd edilib, Gürcüstan ərazilərinin də işğaldan azad edilməsindən sonra bölgənin hərtərəfli inkişafının mümkünlüyü vurğulanıb.


Oxşar Xəbərlər

Xəbər lenti