"Antiterror əməliyyatı nəticəsində 56 terrorçu zərərsizləşdirilib" - Hulusi Akar

“Pəncə Kilid” antiterror əməliyyatı başlayandan bu gündək 56 terrorçu zərərsizləşdirilib".
Sozcu.info “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İraqla sərhəddə əməliyyatın gedişini izləyərkən bildirib.
Nazir şəhidləri yad edərək deyib: “Onların qanları yerdə qalmadı və qalmayacaq. Əməliyyatımızın uğurla başa çatması ilə birlikdə sərhədi tamamilə bağlayacağıq. Terrorçuların sərhədlərimizə girməsi mümkün olmayacaq. Fəaliyyətimiz qonşu İraqın ərazi bütövlüyünə hörmət əsasında davam edir. Hədəfimiz terrorçulardır. Ölkəmizi, sərhədlərimizi, təhlükəsizlik qüvvələrimizi terror hücumlarından qorumaq üçün fəaliyyət göstəririk”.
O, 2022-ci il başlayandan indiyədək 991 terrorçunun zərərsizləşdirildiyini də vurğulayıb.
Qeyd edək ki, “Pəncə Kilid” əməliyyatı aprelin 18-də başlayıb.


Oxşar Xəbərlər

Xəbər lenti