Gürcüstan XİN başçısı: “Birgə tarixi irsimizə aid olan layihələr həyata keçirilir”

“Azərbaycanda gürcü dilində fəaliyyət göstərən və Gürcüstanda Azərbaycan dilində fəaliyyət göstərən təhsil müəssisələri var”.
Sozcu.info xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili ilə birgə mətbuat brifinqində deyib.
Nazir bildirib ki, aidiyyəti nazirliklər arasında çoxsaylı layihələr həyata keçirilir: “Mədəniyyət sahəsində də belədir. Bu gün Azərbaycan və Gürcüstan alimləri tərəfindən birgə tədqiqatlar həyata keçirilir. Bunun nəticəsi olaraq birgə tarixi irsimizə aid olan layihələr həyata keçirilir. Bunu vaxtından öncə elan etmək istəmirik. Amma bu layihələr 30 illik münasibətlərimizə çox önəmli töhfə olacaq”.


Oxşar Xəbərlər

Xəbər lenti