Zelenski işğal olunmuş Ukrayna şəhərlərinin azad olunacağını vəd edib

Ukrayna Prezidenti Volodimir Zelenski vəd edir ki, Xerson, Yeni Kaxovki, Melitopol, Berdyansk və digər şəhərlər işğaldan azad olunacaqlar. 
Bu barədə dövlət başçısı axşam videomüraciətində bəyan edib.
«Əlbəttə, qarşıda çox iş var. İşğalçılar hələ də bizim torpaqdadırlar, hələ də özlərinin necə deyərlər, əməliyyatının açıq iflasa uğradığını etiraf etmirlər. Hələ döyüşmək və öz qüvvələrimizə istiqamət vermək lazımdır ki, işğalçıları qovaq. Biz, bunu edəcəyik. Ukrayna azad olacaq. Xerson, Yeni Kaxovka, Melitopol, Berdyansk, Dneprorudnoye və bütün müvəqqəti işğal olunmuş şəhərlər və icmalar ki, işğalçılar orada özlərindən sahibkar uydururlar» - Zelenski qeyd edib.


Oxşar Xəbərlər

Xəbər lenti