26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Sozcu.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstan ilə ABŞ arasında onillik hərbi əməkdaşlıq müqaviləsi imzalanıb.
Müdafiə sahəsində əməkdaşlıq razılaşmasını Gürcüstanın Müdafiə nazirinin birinci müavini Lela Çikovani ilə ABŞ-ın Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisi Lora Kuper Tbilisidə imzalayıblar.
Bu sənəd 2021-ci ilin oktyabrında Gürcüstanın Müdafiə naziri Cuanşer Burculadze ilə ABŞ-ın Müdafiə naziri Lloyd Ostin arasında imzalanmış hərbi əməkdaşlıq müqaviləsinin davamıdır.