Gürcüstan spikeri: “Türkiyə və Azərbaycanla üçtərəfli əməkdaşlığa böyük önəm veririk”


“Gürcüstan Türkiyə və Azərbaycanla üçtərəfli əməkdaşlığa böyük önəm verir”.

Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisində Gürcüstan parlamenti ilə dostluq qrupunun rəhbəri Halil Etyemezlə görüşdə deyib.

Tərəflər Gürcüstan və Türkiyə arasında müxtəlif sahələrdə sıx əməkdaşlığı müzakirə ediblər və qanunverici orqanlar arasında əlaqələrin intensivləşdirilməsini alqışlayıblar.

Görüşdə regionda sülhün möhkəmləndirilməsi üçün atılmış addımlar da diqqət mərkəzində olub.

Ş.Papuaşvili Türkiyəyə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinə görə minnətdarlığını bildirib.

Tərəflər ölkələr arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazırlıqlarını ifadə ediblər./Report



Oxşar Xəbərlər

Xəbər lenti