Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri, təxminən, 31 900 rusiyalı hərbçi həlak olub.

Sozcu.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, iyunun 10-na olan məlumata görə, Rusiya Silahlı Qüvvələrinin döyüş itkiləri 1409 tank, 3450 zirehli maşın, 712 artilleriya sistemi, 222 reaktiv yaylım atəşi sistemi, 97 hava hücumundan müdafiə sistemi, 212 təyyarə, 178 helikopter, 572 operativ-taktiki PUA, 125 qanadlı raket, 13 gəmi/qayıq, 54 xüsusi texnika təşkil edib. Məlumata görə, ötən sutka ərzində rusların ən böyük itkisi Baxmutov və Xarkov istiqamətlərində qeydə alınıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}